Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun Nəsimi stansiyasının ətrafında baş verib.
1993-cü il təvəllüdlü Qasımov Xalid Şahin oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.