Bakıda bələdiyyə binasına  HÜCUM:   2 nəfər DÖYÜLDÜ
10 dekabr 2021 14:06 (UTC +04:00)

Bakıda bələdiyyə binasına HÜCUM: 2 nəfər DÖYÜLDÜ

0

Bakıda bələdiyyə binasına basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” Məhdud Məsuliyyətli Cəmiyyətiin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub:

"Həmin şəxslər bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2024

Oxşar yazılar