Bakıda azyaşlılar mağazadan 4 minlik oğurluq etdilər
12 oktyabr 2022 14:26 (UTC +04:00)

Bakıda azyaşlılar mağazadan 4 minlik oğurluq etdilər

Bakıda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 250 manat pul, 3750 manat dəyərində çanta, qol saatı və geyim əşyalarının oğurlanıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 azyaşlı saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1601

Oxşar yazılar