Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO  - YENİLƏNİB
04 mart 2025 20:22 (UTC +04:00)

Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO - YENİLƏNİB

Dünən ananın uşağına işgəncə verməsi ilə bağlı xəbər vermişdik. 

Lent.az xəbər verir ki, "oxu.az" sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. 

Saytın sorğusuna cavab olaraq bildirilib ki, hazırda uşağın anası Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır:

"Azyaşlı M.E.Ramazanovanın anası Fatimə Rafiq qızı Ramazanova tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda Fatimə Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı bildirilib. Hazırda Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır".

***

3 fevral, saat 17:28

Azərbaycanda ananın övladına işgəncə verdiyi əks olunan videogörüntü yayılıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.

Paylaşımda ana övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edir.

Videoda ana uşağını çubuqla döydükdə incitmədiyi üçün naqillə vurduğunu deyib. O, həmçinin qeyd edib ki, uşağın bədənində sağlam yer yoxdur.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Həmin şəxsin kimliyi müəyyən olunub, onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".

Sözügedən görüntünü təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676

Oxşar yazılar