"Barselona"nın baş məşqçisi Neymarın  qayıtmasına   qarşıdır - İDDİA
04 mart 2025 16:55 (UTC +04:00)

"Barselona"nın baş məşqçisi Neymarın qayıtmasına qarşıdır - İDDİA

"Barselona"nın baş məşqçisi Flik Neymarın kluba qayıtmasına qarşı çıxıb.

Lent.az bildirir ki, “Sport.es” Ser Catalunya radiostansiyasına istinadən xəbər verir ki, İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik braziliyalı futbolçu Neymarın kluba qayıtmasının əleyhinədir.

Ser Catalunya daha əvvəl Neymarın yay transfer pəncərəsində İspaniyanın "Barselona" klubuna qayıtmaq arzusunda olduğunu bildirmişdi.

Mənbədən əldə edilən məlumata görə, alman məşqçi 33 yaşlı Neymarın yaşına və fiziki durumuna görə "Barselona"nın səviyyəsinə uyğun olmasından şübhələnir.

Neymar 2013-2017-ci illərdə İspaniyanın "Barselona" klubunda oynayıb, 222 milyon avroya dünya futbol rekordu üçün Fransanın PSJ klubuna keçmişdi.

Braziliyalı 2023-cü ilin avqustundan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıcış edib. Ardıcıl zədələr səbəbindən hücumçu bir qol vurduğu “Əl-Hilal”ın heyətində 7 oyun keçirməyi bacarıb. Neymar Braziliyanın “Santos”klubunun yetirməsidir və 2009-2013-cü illərdə komandada çıxış edib. Braziliya klubu hücumçunun qayıtdığını yanvarın 30-da elan edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1448

Oxşar yazılar

Yamal “Real”a keçidlə bağlı  sualı cavablandırdı

Yamal “Real”a keçidlə bağlı sualı cavablandırdı

3 iyun 2025 , 13:44
"Barselona" gələn həftə yeni qapıçı  alır

"Barselona" gələn həftə yeni qapıçı alır

3 iyun 2025 , 10:56
Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23