Lənkəranın  icra başçısı   ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
04 mart 2025 17:30 (UTC +04:00)

Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI

Lənkəran rayon İcra Hakimiyyətinin başçısına sui-qəsd hazırlamaqda ittiham olunan Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nüşabə Ağayeva zərərçəkən Taleh Qaraşovun məhkəməyə çağırılmasını istəyib:

“Cinayət işinə baxdıqda görürük ki, təqsirləndirilən şəxs ağır maddələrlə ittiham olunur. Qarşı tərəfin nə özü, nə də müdafiəçisi prosesdə iştirak edir. Xaricdə də deyillər, ölkədədirlər. Gəlib prosesdə iştirak etsinlər”.

Dövlət ittihamçısı zərərçəkmişin ibtidai istintaqa verdiyi ifadənin elan olunmasını istəyib.

Məhkəmə zərərçəkmişin prosesdə iştirak etməsi üçün bildiriş göndərilməsi ilə bağlı qərar qəbul edib.

Proses aprelin 1-də davam etdiriləcək.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.(APA)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380

Oxşar yazılar

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36
Bərdədə məktəbdə FACİƏ:  şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

Bərdədə məktəbdə FACİƏ: şagird 3-cü mərtəbədən yıxıldı - YENİLƏNİB

3 iyun 2025 , 15:35
Bakı aeroportunda ÖLÜM

Bakı aeroportunda ÖLÜM

3 iyun 2025 , 14:54
Bərdədə kişi kanalda boğuldu

Bərdədə kişi kanalda boğuldu

3 iyun 2025 , 14:26