Elton Conun oğulları  hər iki ata ilə   ictimaiyyət qarşısına çıxdı
04 mart 2025 19:57 (UTC +04:00)

Elton Conun oğulları hər iki ata ilə ictimaiyyət qarşısına çıxdı


Böyük Britaniyalı müğənni və bəstəkar Elton Conun oğulları uzun  müddətdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb. 

Lent.az xarici mənbəyə istinadən xəbər verir ki, ifaçı və həyat yoldaşı, kanadalı rejissor və prodüser David Furniş, uşaqları yad gözlərdən uzaq tutmağa çalışırlar. Ancaq martın 3-ü gecəsi keçirilən "Oscar-2025" xeyriyyə gecəsində müğənni bu qaydanı pozub. 

14 yaşlı Zakari və 12 yaşlı Elicah hər iki atası ilə birlikdə tədbirdə iştirak ediblər. Yeniyetmələr bu tədbirə kostyum geyərək, fotoqrafların obyektivlərinə xoş təbəssümlə poz veriblər. Artıq müğənninin oğullarının necə göründüyünü görmək mümkündür.

Qeyd edək ki, Elton Con 2005-ci ilin dekabrından bəri həyat yoldaşı David Furniş ilə evlidir və onu 1993-cü ildə tanıyıb. Cütlük, surroqat anadan istifadə edərək iki oğul böyüdür.

2009-cu ildə Elton Con, Ukrayna yetimxanasından bir uşağı övladlığa götürməyə çalışmışdı, ancaq bunun baş vermədiyi məlum oldu, çünki Ukraynada eyni cinsli evliliklər tanınmır.

Xatırladaq ki, martın 3-də Los-Ancelesdə "Oscar-2025" gecəsi keçirilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar