20 yaşlı qız musiqi sədaları altında  intihar etdi
04 mart 2025 13:12 (UTC +04:00)

20 yaşlı qız musiqi sədaları altında intihar etdi

Kolumbiyada musiqi sədaları altında evtanaziya həyata keçirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, proses martın 1-də Kolumbiyanın Boqota şəhərinin cənub-qərbindəki Pasto bələdiyyəsindəki Valle de Atriz Sağlamlıq Mərkəzində baş tutub.

Məlumata görə, 2021-ci ildə Erika Morales 17 yaşında bir barda hücuma məruz qalaraq iflic olub. Onun başına şüşə ilə zərbələr endirilib.

Zərbələr beyin infeksiyasına və onurğa beyninin ağır zədələnməsinə səbəb olub. Nəticədə Erika bütün hərəkət qabiliyyətini itirib.

Erika, uzun illər fiziki və emosional ağrı çəkdikdən sonra evtanaziya ilə ölmək arzusunu (könüllü intihar) ifadə edib.

“Emssanar EPS” əvvəlcə onun istəyini rədd etsə də, ailəsi onun üçün mübarizə aparıb və bu qərar fevralın 22-də təsdiqlənib.

Ölümündən əvvəl onun son arzusu yerinə yetirilib. Onun istəyinə əsasən, musiqiçilər klinikada oxuyub və alətlərdə ifa ediblər. Erika isə çarpayısından onları seyr edib. Həmçinin qızı da ailə üzvləri əhatə edib.

Qeyd olunur ki, hadisədən sonra ailəsi ona cinayətkarların məsuliyyətə cəlb olunması üçün ədalət tələb edir. Yerli KİV bildirir ki, istintaq nəticəsində cinayəti törədən iki nəfər müəyyən edilsə də, məhkəmə prosesində irəliləyiş əldə olunmayıb. Erikanın ölümündən sonra ailəsi mübarizəni davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1015

Oxşar yazılar