Parlamentdə  DAVA:   Müxalifət  məşəl yandırdı   -  VİDEO
04 mart 2025 16:02 (UTC +04:00)

Parlamentdə DAVA: Müxalifət məşəl yandırdı - VİDEO

Çərşənbə axşamı Serbiya parlamentində dava olub, müxalifət iclas zalında məşəl yandırıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, yaz sessiyasının ilk iclası başlayıb. Deputatlar 50-yə yaxın bənddən ibarət gündəliyi qəbul ediblər ki, bunlardan başlıcası noyabrın 1-də Novi-Sad dəmir yolu vağzalında baş vermiş uçqun nəticəsində 15 nəfərin ölümü ilə bağlı keçirilən kütləvi etirazlarla bağlı təhsil haqqında qanuna dəyişikliklərdir.

Gündəlik təsdiq edildikdən sonra müxalifətdə olan “Yaşıl-sol cəbhə”nin deputatı Radomir Lazoviç ayağa qalxıb ölkə rəhbərliyinə qışqıraraq rəyasət heyətinə tərəf yönəlib, ardınca onun partiya yoldaşları, zalın mərkəzində isə təhlükəsizlik xidmətinin əməkdaşları və Serb Tərəqqi Partiyasının ətrafında hakim koalisiya üzvləri ilə toqquşma olub. 

Dava zamanı müxalifət deputatları məşəl yandırıblar və iclas otağı tüstü ilə dolub. Parlamentin spikeri Ana Brnabiçin üzərinə su atılıb.

Səs-küyə və xaosa baxmayaraq, baş nazirin birinci müavini və maliyyə naziri Sinişa Mali “Ali təhsil haqqında” qanuna dövlət universitetləri üçün maliyyənin, müəllimlərin maaşlarının 16 faiz artırılması və tələbələrin təhsil haqlarının 50 faizinin büdcədən ödənilməsi kimi təkliflər səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1718

Oxşar yazılar

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27