İlham Əliyev sabah Türkiyəyə gedəcək
04 mart 2025 18:44 (UTC +04:00)

İlham Əliyev sabah Türkiyəyə gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.

Lent.az bildirir ki, APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Altun qeyd edib ki, Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr müzakirə olunacaq. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar