Martın 14-də  Ay tutulacaq
04 mart 2025 14:06 (UTC +04:00)

Martın 14-də Ay tutulacaq

Martın 14-də 2025-ci ilin ilk Ay tutulması baş verəcək.

Lent.az-ın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd edilib ki, bu, tam Ay tutulması olacaq.

Tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.

Tam tutulma zamanı Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Tam tutulma hadisəsi zamanı, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür. Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpidiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Belə tutulmanı “Qanlı Ay” tutulması da adlandırırlar. Tutulma zamanı Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.

Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032

Oxşar yazılar

 Ən ehtiraslı   BÜRCLƏR

Ən ehtiraslı BÜRCLƏR

4 iyun 2025 , 00:02
Tiktoker "Beniz" HAKİM QARŞISINDA

Tiktoker "Beniz" HAKİM QARŞISINDA

3 iyun 2025 , 22:36
"Yapon Baba Vanqa" yeni PROQNOZLA  qorxutdu: "Daha çox dağıntılar və qurbanlar" 

"Yapon Baba Vanqa" yeni PROQNOZLA qorxutdu: "Daha çox dağıntılar və qurbanlar" 

3 iyun 2025 , 19:59
Yuxu ilə bağlı gözlənilməz problem

Yuxu ilə bağlı gözlənilməz problem

3 iyun 2025 , 19:46
Bakıda skuter kabusu:  “Düz üstümə sürdü, sürətlə vurub yerə yıxdı” -VİDEO

Bakıda skuter kabusu: “Düz üstümə sürdü, sürətlə vurub yerə yıxdı” -VİDEO

3 iyun 2025 , 19:25
Naxçıvanda 17 yaşlı qız evlənmək üçün  qaçırıldı

Naxçıvanda 17 yaşlı qız evlənmək üçün qaçırıldı

3 iyun 2025 , 18:59
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

3 iyun 2025 , 18:31
Nazir müavini işdən çıxarıldı

Nazir müavini işdən çıxarıldı

3 iyun 2025 , 18:21