Qatil ər-arvad meyiti parçalayıb çamadana yığdı
04 mart 2025 13:26 (UTC +04:00)

Qatil ər-arvad meyiti parçalayıb çamadana yığdı

Rusiyada ər-arvad tanışlarını öldürüb meyitini parçalayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Sankt-Peterburq şəhərində baş verib.

İstintaqın məlumatına görə, cütlük Leninqrad vilayətində kirayədə qalıb, orada tanışlarını öldürüblər. Meyiti gizlətmək üçün onu parçalara ayırıb, iki çamadana yığaraq, Neva sahillərində qoyublar.

Bundan sonra şübhəlilər şəhəri tərk edərək Petrozavodska gediblər. Lakin orada saxlanılıblar.

Parçalanmış meyitin tapılması barədə məlumat martın 1-də yayılıb. Cəsədin qalıqları Nevaya dalan erkək morj tərəfindən aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar