Bakıda avtomobildən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Rayonun S.S.Axundov küçəsində “Opel” markalı, 99 BR 975 dövlət nömrə nişanlı avtomobildə kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 63 yaşlı Yaşar Abuzər oğlu Əhmədov olması müəyyən edilib.
İlkin məlumata görə, Y.Əhmədov avtomobilində ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.