Bakıda avtomobildən külli miqdarda oğurluq edilib
23 oktyabr 2024 10:53 (UTC +04:00)

Bakıda avtomobildən külli miqdarda oğurluq edilib

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 28 yaşlı N.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Onun oktyabrın 17-nə keçən gecə rayon ərazisində “Toyota” markalı avtomobildən 1100 manat pul, kosmetik vasitələr, 2500 manat dəyərində mobil telefon və qızıl-zinət əşyaları olan çanta oğurlaması müəyyən olunub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar