Bakıda ağır QƏZA -  ölənlər və xəsarət alanlar var  - FOTO
13 oktyabr 2021 08:12 (UTC +04:00)

Bakıda ağır QƏZA - ölənlər və xəsarət alanlar var - FOTO

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 sayl; müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

# 8040
avatar

Oxşar yazılar