Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
04 iyul 2025 13:29 (UTC +04:00)

Bakıda adam öldürənlər HAKİM QARŞISINDA

Bakıdas qətl və xuliqanlıq törətməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında Afiq Hacıəliyevin və Natiq İmamcanovun anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Afiq Hacıəliyev 1999-cu ildə Yardımlı rayonundan anadan olub, əvvəllər məhkum olunmayıb, Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində yaşayıb. 
Natiq İmamcanov 1995-ci ildə Bakı şəhərində anadan olub, əvvəllər məhkum olunmayıb, Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində yaşayıb. 
 
Müşavirədən sonra qərara alınıb, Afiq Hacıəliyevin barəsində seçilmiş həbs qəti-imkan, Natiq İmamcanovun barəsində 
seçilmiş başqa yerə getməmək iltizam qəti-imkan tədbiri dəyişdirilmədən saxlanılsın. 
 
İlk baxış iclası iyulun 16-na təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar