Bakıda 65 yaşlı  oğru qadın tutuldu
24 may 2023 13:04 (UTC +04:00)

Bakıda 65 yaşlı oğru qadın tutuldu

0

Bakıda qadının pulqabısı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birində qəsəbə sakini olan qadının içərisində 1080 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 65 yaşlı S.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2108

Oxşar yazılar