Bakıda 310 saylı bağçada QALMAQAL BÖYÜYÜR:  Polis hərəkətə keçdi
13 iyul 2024 13:14 (UTC +04:00)

Bakıda 310 saylı bağçada QALMAQAL BÖYÜYÜR: Polis hərəkətə keçdi

Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

Daxili İşlər Nazirlyi mətbuat xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.  

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3771
avatar

Fidan İlqar

Oxşar yazılar