Bakıda 3 obyekt birdən YANDI - FOTO  - VİDEO
16 oktyabr 2021 00:21 (UTC +04:00)

Bakıda 3 obyekt birdən YANDI - FOTO - VİDEO

0

Bakının Binəqədi rayonunda yanğın olub.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, Asəf Zeynallı küçəsində tüfeyli həyat tərzi keçirən şəxsin yaşadığı vaqonda yanğın başlayıb. 

Alov yaşayış sahəsinə bitişik meyvə-tərəvəz dükanı, gözəllik salonu və dərzi sexi kimi fəaliyyət göstərən üç obyektə keçib. 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2851

Oxşar yazılar