Bakının Nizami rayonunda taksi fəaliyyəti ilə məşğul olan şəxs qəzaya səbəb olub.
Lent.az APA-ya istnadla xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan şəxs idarə etdiyi “Renault” markalı avtomobillə manevr edərkən “Chevrolet” markalı maşın “Renault”ya çırpılıb. Qəza nəticəsində “Chevrolet”də olan bir nəfər xəsarət alıb. Hadisə nəticəsində hər iki maşına ciddi ziyan dəyib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.