Bakıda 18 yaşlı qızı küçənin ortasında  döydülər - YENİLƏNİB
09 avqust 2024 10:08 (UTC +04:00)

Bakıda 18 yaşlı qızı küçənin ortasında döydülər - YENİLƏNİB

Avqustun 9-da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

***
03:30

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində qeydə alınıb.

Belə ki, 2006-ci il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə içərisində orta yaşlı kişi və qadının olduğu qrup tərəfindən döyülüb.

18 yaşlı qız aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Oxşar yazılar