Bakıda 8-ci mərtəbənin pəncərəsindən yıxıldığı deyilən qızın intihar etdiyi məlum olub.
Lent.az-ın məlumatına görə, ehtimal olunur ki, Masallı rayon sakini 18 yaşlı Heydərova Fidan Rüfət qızı kirayədə yaşadığı K. Rəhimov küçəsi ev 22, mənzil 130-un pəncərəsindən özünü atıb.
Xəstəxanaya çatdırılan qız orada dünyasını dəyişib.
Hazırda araşdırma aparılır.
***
11.10.2022
Saat: 05:39
Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 18 yaşlı qız dünyasını dəyişib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.
2004-cü il təvəllüdlü Heydərova Fidan Rüfət qızı yaşadığı binanın 8-ci mərtəbəsində yerləşən mənzilin eyvanında paltar asarkən yerə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.