Nərimanov rayonu ərazisindən skuter oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 16-cı Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini 1700 manat dəyərində skuterinin evinin qarşısından oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.