Bakıda 100 minlik DƏLƏDUZLUQ:  qadın tutuldu
08 avqust 2024 13:29 (UTC +04:00)

Bakıda 100 minlik DƏLƏDUZLUQ: qadın tutuldu

Cari il iyun-iyul aylarında paytaxt sakini olan bir nəfərin aldadılaraq 98 930 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Ruhiyyə Ramazanova müəyyən olunaraq saxlanılıb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar