Bakıda 1 gündə 2 məktəbli qız YOXA ÇIXDI
13 may 2022 11:33 (UTC +04:00)

Bakıda 1 gündə 2 məktəbli qız YOXA ÇIXDI

Bakıda yeniyetmə qızlar itkin düşüb.

Lent.az-ın məlumatına görə, Sabunçu rayonu, Maştağa qəsəbə sakini 16 yaşlı H. Ağayeva və Nəsimi rayon sakini 15 yaşlı X. Bayramova yaşadıqları evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Hər bir fakt üzrə polisə məlumat daxil olub. Onların tapılması üçün əməliyyat-axtarış işləri davam etdirilir.

Qeyd edək ki, onların hər ikisinin məktəbli olduğu bildirilir.

# 4992
avatar

Mehman Nəbiyev

Oxşar yazılar