taxi
01:22 15 yanvar 2021

Bakı Sumqayıt şossesində qəza: 3 maşın bir-birinə çırpıldı - FOTO

Bakının Binəqədi rayonunda 3 minik avtomobili toqquşub.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində baş verib.

Belə ki, “Daewoo” markalı avtomobil nasaz vəziyyətdə hərəkətdə olan zaman anidən “KİA” markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Zərbənin gücündən “Daewoo” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq “Toyoto” markalı maşına çırpılıb. Qəza zamanı ümumilikdə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
 

# 651
avatar

Oxşar yazılar