Dekabrın 8-də onlayn ictimai nəzarət platforması olan "enezaret.az" yarandığı gündən 6 ay keçməsi münasibətilə yekun hesabat və təltifetmə mərasimi keçirib.
Lent.az xəbər verir ki, tədbirdə bir çox dövlət qurumları iştirak edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təmsilçisi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov olub. Bildirilib ki, "enezaret.az" platforması üzərindən vətəndaşların ən çox müraciət etdiyi dövlət idarələrindən biri də Bakı şəhər Dövlət Yol Polisi İdarəsidir. İdarənin məsul şəxsləri də daim platformaya nəzarət edib şikayətləri, uyğunsuzluqları aradan qaldırmağa, təklifləri dəyərləndirməyə çalışır. Bunun üçün də onlara mükafat təqdim olunub.