Bakı sakininin 20 min manatı  oğurlandı
07 mart 2023 11:20 (UTC +04:00)

Bakı sakininin 20 min manatı oğurlandı

0

Bakı sakininin bank hesabından külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.a-a verilən xəbərə görə, fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2921

Oxşar yazılar