Bakı sakini avtobusda 5 min manat pul itirdi
01 oktyabr 2021 11:45 (UTC +04:00)

Bakı sakini avtobusda 5 min manat pul itirdi

Bakı sakini pulqabısını marşrut avtobusunda itirib.

Bu barədə Lent.az-a pulunu itirən vətəndaş Xəlilov Seymur Qorxmaz oğlu məlumat verib.

O bildirib ki, hadisə sentyabrın 14-də paytaxtın Nizami rayonu, “Koroğlu” metrostansiyası yaxınlığında baş verib.

Zərərçəkmişin sözlərinə görə, 7B saylı marşrut avtobusunda içərisində ümumilikdə 5000 manat pul (dollar və manat valyutası ilə), şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və digər sənədlər olan pulqabısını itirib.

S. Xəlilov hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edib. Araşdırma aparılır.

Seymur Xəlilvoa məxsus itən puqlabını tapan şəxslərdən yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Mehman Nəbiyev

Oxşar yazılar