Bakı-Quba yolunda qəza: PİYADA ÖLDÜ
06 oktyabr 2021 09:17 (UTC +04:00)

Bakı-Quba yolunda qəza: PİYADA ÖLDÜ

Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən piyada 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu yük maşını vurub.

Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2741

Oxşar yazılar