Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA:  Ata və azyaşlı qızı öldü  - FOTO
12 may 2022 13:43 (UTC +04:00)

Bakı-Quba yolunda DƏHŞƏTLİ QƏZA: Ata və azyaşlı qızı öldü - FOTO

0

Xızı rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi “DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, “VAZ 2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölmüş, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət almışlar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Faktla bağlı araşdırma aparılır. 

Hadisə yerindən fotoları təqdim edirik: 

***

saat 12:15

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, “VAZ 2106” markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə dünyasını dəyişib. Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

11:35

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8409

Oxşar yazılar