Bakı–Quba yolunda AĞIR QƏZA:  ölən və yaralananlar var
01 iyul 2026 23:12 (UTC +04:00)

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

0

Bakı–Quba–Rusiya dövlət sərhədi istiqamətində ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza magistralın Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar