Bakı metrosunda cibgirlik edən saxlanıldı
09 mart 2023 10:48 (UTC +04:00)

Bakı metrosunda cibgirlik edən saxlanıldı

0

Bakı metrosunda sərnişinlər qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda 2 sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar daxil olub.    
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli İsayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1720

Oxşar yazılar