Bakı məktəbində konfet adı ilə narkotik paylanıb? -  Polisdən AÇIQLAMA
04 oktyabr 2022 16:28 (UTC +04:00)

Bakı məktəbində konfet adı ilə narkotik paylanıb? - Polisdən AÇIQLAMA

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb.

Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda Xətai rayonunda yerləşən 95 saylı orta məktəbin həyətində bir nəfərin şəhid ehsanı adı ilə şagirdə konfet verdiyi barədə məlumatlar yayılıb. Sonradan həmin konfetin bölünmüş fotosu, nə olduğu müəmması ilə paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4827
avatar

Oxşar yazılar