Sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxsin - Bakı şəhər sakini, 31 yaşlı Abumislimov Kamran olması müəyyən olunaraq saxlanılıb:
"O etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub".
***
Saat: 10:07
İddialarla bağlı araşdırmalar davam etdirilir.
Bakı küçələrində salfet adı ilə narkotik satılır.
Lent.az xəbər verir ki, bu iddia sosial şəbəkədə edilən paylaşımlarda yer alıb. Belə ki, bəziləri paylaşım edərək küçədə uşaqlardan salfet almamağı tövsiyə edib. O, buna səbəb kimi alınan salfetlərin içərisində narkotik və ya psixotrop maddə olduğunu əsas gətirib. Məlumat paylaşan şəxs küçədən salfet aldığını, az sonra isə polis əməkdaşları tərəfindən saxlanıldığını dilə gətirib. Onun sözlərinə görə, yoxlama nəticəsində aldığı salfetin içərisindən sintetik narkotik tapılıb və buna görə də 1500 manat cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı Lent.az-a bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır: “Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.
Sözügedən iddia