Dələduzluq
11 dekabr 2020 10:34 (UTC +04:00)

Dələduzluq

Bacı-qardaşı aldadıb külli miqdarda pullarını aldı

Yevlaxda bacı və qardaşa qarşı dələduzluq edilib.

Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakinləri Elmira Sadıqova və qardaşı Əkbər İsmayılova məxsus pulun Paşayev Fərman Məhəmmədəli oğlu tərəfindən mənimsənilməsinə əsaslı şübhələr olduğundan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İbtidai istintaqla Yevlax şəhər sakini, 47 yaşlı Fərman Paşayevin  Elmira Sadıqovaya məxsus 11 min manat pulu və təkrarən Əkbər İsmayılova məxsus 81 min 900 manat məbləğində pulu onların etibarından istifadə edərək dələduzluq yolu ilə qəsdən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Fərman Paşayevin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar

Azərbaycanlı qadının obyektləri söküldü

Azərbaycanlı qadının obyektləri söküldü

9 aprel 2025 , 18:44
Masallıda ƏMƏLİYYAT:  19 kilo narkotik ələ keçirildi

Masallıda ƏMƏLİYYAT: 19 kilo narkotik ələ keçirildi

9 aprel 2025 , 17:53
Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

Qadın liftdə alışıb yandı - HADİSƏ ANI

9 aprel 2025 , 17:50
Telman İsmayılov necə müflis oldu?  - Kadırov izi...

Telman İsmayılov necə müflis oldu? - Kadırov izi...

9 aprel 2025 , 17:08
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

Azərbaycanda 14 yaşlı qız hamilə qaldı

9 aprel 2025 , 16:12
Bakıda tikintidən 20 minlik armatur  oğurlandı

Bakıda tikintidən 20 minlik armatur oğurlandı

9 aprel 2025 , 15:34
Bakıda palçıq vulkanı  püskürdü

Bakıda palçıq vulkanı püskürdü

9 aprel 2025 , 13:21
Sosial şəbəkədə qadını ŞANTAJ ETDİ, TUTULDU

Sosial şəbəkədə qadını ŞANTAJ ETDİ, TUTULDU

9 aprel 2025 , 13:16