Moskvada üç yaşlı oğlan və iki yaşlı qızlar nənəsinin dərmanlarını təsadüfən içiblər.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, onlar zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, valideynlər üç azyaşlı uşağı Fersman küçəsində yerləşən mənzildə 67 yaşlı nənənin yanında qoyub. Qadın başqa otağa keçərkən oğlan bacıları ilə mətbəxə keçərək soyuducuda olan həbləri götürüblər. Uşaqlar əzələ spazmlarını aradan qaldırmaq üçün dərman içmək istəyiblər.
Sonra nəvələrdən biri nənəyə boş bir paket həb gətirdi. Qadın dərhal təcili yardım çağırıb. Uşaqlar təcili olaraq xəstəxanaya çatdırılıb.
Həkimlər qardaş və bacılara zəhərlənmə diaqnozu qoyublar. Onların həkim nəzarəti altında olması davam etsə də, vəziyyətləri stabil qiymətləndirilir.