Novosibirskdə azyaşlı qız binadan yıxılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, uşağın meyitini yoldan keçənlər aşkar edib. Sakinlər hadisə barədə polisə və təcili yardıma məlumat veriblər. Ehtimallara görə, qız 9-cu mərtəbənin pəncərəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən yerindəcə keçinib.
Müstəntiqlər mərhumun yaşını açıqlamayıb, rayon İstintaq Komitəsi cinayət işi açıb.