AzTV-nin əməkdaşının dənizdə batan digər qardaşının da meyit tapıldı - VİDEO  - YENİLƏNİB
04 avqust 2026 10:10 (UTC +04:00)

AzTV-nin əməkdaşının dənizdə batan digər qardaşının da meyit tapıldı - VİDEO - YENİLƏNİB

4

Avqustun 2-də Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan gəncin meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıclarının keçirdikləri axtarışlar nəticəsində 22 yaşlı Həmidov Ruslan Rafiq oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, Ruslan Həmidov avqustun 2-də 12 yaşlı qardaşı Əli və 17 yaşlı bacısı Aysel ilə birgə dənizdə batıb. Axtarışlar nəticəsində Ayseli xilas etmək mümkün olsa da, Əlini xilas etmək mümkün olmamışdı.

***

3 avqust, saat 16:50

Buzovnada dənizdə batanlar tanınmış jurnalistin ailə üzvlədir. 

Lent.az "Xitab24"ə istinadən xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.

***

saat 14:34

Xəbərə video əlavə olunub.

***

saat 11:44

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

17 yaşlı Həmidova Aysel xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 12 yaşlı Həmidov Əlinin meyiti isə sahildə aşkar edilib. Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 22 yaşlı Həmidov Ruslanın axtarışları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 4744

Oxşar yazılar