Ağsuda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Padar kəndində yerləşən qəbiristanlıqda baş verib.
Ağsu şəhər sakini 38 yaşlı Yusifli Rüfət Qismət oğlu, qəbiristanlıqda babasının məzarı başında, Bilal Əfəndi Türbəsində özünü asaraq həyatına son qoyub.
İntiharın dəqiq səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "AzGranata"da işləyən Yusiflinin hadisədən bir gün öncə işdən çıxdığı deyilir.