"Azərişıq" əməkdaşlarının bıçaqlanması ilə bağlı  YENİ XƏBƏR
10 dekabr 2021 17:27 (UTC +04:00)

"Azərişıq" əməkdaşlarının bıçaqlanması ilə bağlı YENİ XƏBƏR

Dekabrın 9-u saat 17 radələrində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Elektrik Şəbəkəsi İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Firdovsi Mirzəyev və balans mühəndisi vəzifəsində işləyən Şükür Mirzəyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Firdovsi Mirzəyev və Şükür Mirzəyev Ağdam rayonu, Quzanlı qəsəbəsində Elmira Əliyevaya məxsus yaşayış evinin elektrik sayğacına baxış keçirən zaman həmin şəxsin elektrik şəbəkəsinə qanunsuz qoşulması müəyyən edilmiş, bununla bağlı və elektrik sərfiyyatına görə borcunu ödəməməsi barədə iradlarını bildirərkən sonuncunun evində qonaq olan tanışı Rəhim Kərimov xidməti vəzifələrini icra edən F.Mirzəyevə və Ş.Mirzəyevə əlində olan bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Rəhim Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar