Rusiyada azərbaycanlı sevgilisi tərəfindən yandırılan qadın ölüb.
Lent.az bu barədə Rusiya mediasına istinadla xəbər verir. Məlumata görə, Moskvanın Serpuxov rayonunda keçmiş sevgilisi tərəfindən benzin tökərək yandırılan qadın xəstəxanada dünyasını dəyişib.
Hadisəni törədən kişinin axtarışları davam edir.
Qeyd edək ki, hadisə barədə bir müddət əvvəl xəbər vermişdik.