Azərbaycanlı "qanuni oğru"ya ÖMÜRLÜK QADAĞA:   Türkiyə, yoxsa Əmirlik?
13 sentyabr 2021 14:43 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru"ya ÖMÜRLÜK QADAĞA: Türkiyə, yoxsa Əmirlik?

Sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”)  Azərbaycana göndərilməyəcək.

Lent.az-ın əldə etdiyi məlumata görə, “Rufo Gəncinski”nin ya Türkiyəyə, ya da BƏƏ-yə göndəriləcəyi bildirilir.

Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzinə yerləşdirilib.

Onun Rusiyaya girişinə ömürlük yasaq qoyulduğu da deyilir.

“Rufo Gəncinski” qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6611

Oxşar yazılar