Azərbaycanlı jurnalist Rusiyada cərimələndi
30 avqust 2023 14:06 (UTC +04:00)

Azərbaycanlı jurnalist Rusiyada cərimələndi

Moskvanın Savelovski Məhkəməsi “Nə? Harada? Nə vaxt?” teleşousunun keçmiş oyunçusu Rövşən Əsgərov cərimələyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə tass agentliyi məlumat yayıb. Bildirilir ki, Savelovski məhkəməsi onun barəsində bu gün qərar çıxarıb. Qərara əsasən, R. Əsgərov 40 min rubl məbləğində (təxminən 708 manat) cərimələnib.

Qeyd edək ki, o , Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib (xarici agentin qaydalarını pozmağa görə).

Əsgərov 2022-ci ilin dekabrında  xarici agent kimi tanınıb. Onunla bağlı nasizmin reabilitasiyası işi də araşdırılır. İstintaq müəyyən edib ki, o, aprelin 6-dan əvvəl özünün Facebook səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və gözdən salan qəsdən yalan məlumatlar dərc edib. Əsgərov federal axtarışdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Oxşar yazılar