Azərbaycanlı ailəni  polis saxladı: ölkəyə buraxılmadı
30 iyul 2026 11:59 (UTC +04:00)

Azərbaycanlı ailəni polis saxladı: ölkəyə buraxılmadı

0

1 ildir xaricdə yaşayan azərbaycanlı ailənin Almaniyaya girişinə icazə verilməyib.

Lent.az xəbər verir ki, Almaniyanın Saksoniya əyalətinin sərhədində müntəzəm yoxlamalar aparan Federal Polis əməkdaşları etibarsız sənədlərlə ölkəyə daxil olmağa çalışan bir ailənin qarşısını alıb.

Ukrayna qeydiyyat nişanlı avtomobillə Podroşe sərhəd-keçid məntəqəsinə gələn dörd nəfərlik azərbaycanlı ailə polis nəzarətinə cəlb edilib. Ailənin təqdim etdiyi Almaniya yaşayış icazəsi sənədləri zahirən etibarlı görünsə də, elektron sistemdə aparılan yoxlama fərqli nəticə ortaya çıxarıb.

Müəyyən edilib ki, ailə bir ildən artıq müddətdə Almaniyadan kənarda yaşayıb və buna görə də yaşayış icazəsi hüququnu itirib.

Polis etibarlılığını itirmiş sənədləri müsadirə edib və ailə barəsində hüquqi prosedura başlayıb. Qanuni şərtlərə cavab vermədiyi müəyyən olunan ailə bütün rəsmiləşdirmələr başa çatdıqdan sonra Polşaya geri göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 628

Oxşar yazılar