Azərbaycanın əməkdar memarı vəfat etdi
29 aprel 2025 09:46 (UTC +04:00)

Azərbaycanın əməkdar memarı vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə "İqtisadiyyat.az"a onun yaxınları məlumat veriblər.

Bildirilib ki, C.Qədirov 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, C.Qədirov 1953-cü ildə Qusarda anadan olub. O, 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan "Avtoyol" Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı İcraiyyə Komitəsi "Bərpaçı" Baş İdarəsində memar, elmi layihə sektorun rəisi; "Bərpaçı" Elmi-istehsalat idarəsinin rəis müavini (1989-1990). 1990-2012-ci illərdə sərbəst memarlıq fəaliyyəti ilə məşğul olub. 2012-2015-ci illərdə "Archilit MMC"-da baş memar, 2015-ci ildən isə müstəqil memarlıq fəaliyyəti ilə məşğul olub.

O, "İçərişəhər"də Məhəmməd məscidinin bərpası, Bakı şəhərində H.Əliyev Fondunun binası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, Maştağa, Lənkəran və Bərdədə olimpiya kompleksləri, Zaqatala şəhərində Fındıq zavodu, Bakıda Ə.Ələkbərov küçəsində yaşayış kompleksi, Lənkəran və Yevlax şəhərlərində telestudiya, Mingəcevir şəhərində H.Əliyev adına saray və qonaq evi, Dərbənd şəhərində H.Əliyev küçəsinin rekonstruksiyası; Gədəbəy şəhərində "Aşıqlar evi"nin rekonstruksiyası və s.layihələrin müəllifi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar