Azərbaycanın əməkdar həkimi VƏFAT ETDİ
31 mart 2022 12:41 (UTC +04:00)

Azərbaycanın əməkdar həkimi VƏFAT ETDİ

Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.

Lent.az xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

M.Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışıb, 1971-ci ildə Aspiranturanı bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib.

O, 1981-1984-cü illərdə Əlcəzairdə çalışıb. 1987-ci ildə Azərbaycanın baş terapevti vəzifəsinə təyin edilib. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olunub. M.Salihov kafedraya rəhbər təyin olunub.

2010-cu ildə ona Azərbaycanın Əməkdar həkimi fəxri adı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2550
avatar

Fidan İlqar

Oxşar yazılar

Bir ailə  yol qəzasında həlak oldu

Bir ailə yol qəzasında həlak oldu

31 iyul 2024 , 16:31
Bakıda avtobus  qaçırıldı

Bakıda avtobus qaçırıldı

31 iyul 2024 , 15:52
Ordumuzun 4 hərbçisi həlak oldu  - SƏBƏB

Ordumuzun 4 hərbçisi həlak oldu - SƏBƏB

31 iyul 2024 , 14:21
Bakıda bir nəfər dənizdə batdı  - YENİLƏNİB

Bakıda bir nəfər dənizdə batdı - YENİLƏNİB

31 iyul 2024 , 13:40
Yanğına gülən  kişini küçədə döydülər

Yanğına gülən kişini küçədə döydülər

31 iyul 2024 , 13:16
Yol polisinə tabe olmayan sürücü saxlanıldı - İddialara CAVAB

Yol polisinə tabe olmayan sürücü saxlanıldı - İddialara CAVAB

31 iyul 2024 , 12:50
Masallıda kişi özünü GÜLLƏLƏDİ

Masallıda kişi özünü GÜLLƏLƏDİ

31 iyul 2024 , 12:11
Bilgəh çimərliyində  9 minlik telefon oğurlandı

Bilgəh çimərliyində 9 minlik telefon oğurlandı

31 iyul 2024 , 11:19