Azərbaycandan Rusiyaya keçmək istəyən pakistanlılar TUTULDU
22 may 2023 17:11 (UTC +04:00)

Azərbaycandan Rusiyaya keçmək istəyən pakistanlılar TUTULDU

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,

May ayının 21-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı, 20 yaşlı Xan Muhammad Amin saxlanılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin dövlət sərhədini pozaraq qanunsuz yolla keçməsinə bələdçilik etməkdə şübhəli bilinən Pakistan vətəndaşları, 36 yaşlı Xan Mücahid Ali və 33 yaşlı Ali Rizvan müəyyən olunub.

Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində birgə aparılmış təhlillər nəticəsində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmış əcnəbi vətəndaşların bir qisminin ölkə ərazisinə təhsil vizası əldə edərək rəsmi qaydada gəlməsi, daha sonra qeyri-qanuni yolla dövlət sərhədini pozaraq digər ölkələrə getmək niyyətində olmarı aşkar edilib.

Saxlanılan şəxslər yerli təhsil müəsisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla, Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarır, bəzi hallarda isə ölkə ərazisində qalaraq bələdçilik funksiyasını icra edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503
avatar

Fidan İlqar

Oxşar yazılar