Paytaxtın Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.
Belə ki, yolu keçən Pakistan vətəndaşı, 1974-cü il təvəllüdlü Cahangir Xan Həzrəti Seyid oğlunu Orxan Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil vurub.
Nəticədə piyada ölüb.
Sürücü O.Məmmədov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.