Hesablama Palatasının sabiq sədri Namiq Nəsrullayev vəfat edib.
Lent.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.
N.Nəsrullayev bu gün dəfn olunacaq.
Qeyd edək ki, Namiq Nəsrullayev 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin olunub və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.